`ABŞ-ın sanksiyalarına cavab verəcəyik` - Rusiya XİN


19:47     28 İyul 2017 1472474830_1501242332.jpg

Rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.


Femida.az xəbər verir ki, Rusiya XİN-in bəyanatında qeyd olunur ki, ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə bağlıdır.

"ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə ABŞ hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik", - Rusiya XİN bildirib.

Bundan əlavə, Rusiya avqustun 1-dən ABŞ-ın bu ölkədəki səfirliyi tərəfindən Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Borda bütün anbarların istifadəsini dayandırır.

"Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq", - Rusiya XİN-in bəyanatında vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 901